Saytımıza xoş gəlmisiniz

“Əgər belə bir şərait yaradılarsa, qardaşımı görməyə ancaq mən gedəcəm…”

Oxunma sayı: 111

shahbaz-quliyev1524739027

Xəbər verdiyimiz kimi erməni tərəfinin Ermənistanda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin onları ziyarət edə biləcəyini deməsi bir neçə gündür ki, müzakirələrə səbəb olub. Girovların yaxınları isə düşmən tərəfinin bu cür addımlar atacağına inanmadıqlarını bildirib.

Karabakh.TV Moderator.az-a istinadən xəbər verir ki, Şahbaz Quliyevin qardaşı İlham Quliyev əgər belə imkan yaradılarsa, qardaşını ziyarət etmək istədiyini bildirib:

“Əlbəttə, hamımız nigaranıq. 2014-cü ildən indiyə kimi hələ səbrlə gözləyirik. Düşmən tərəfi qardaşımı görmək üçün bizim dövlətlə belə bir danışığa gedib şərait yaratsa, qardaşımı görməyə ancaq mən gedəcəm. Amma qaldı ki, biz girov ailələrinə bununla bağlı hələ ki, heç bir məlumat verilməyib. Biz də yayılan məlumatları mediadan oxuyuruq”.

Vasif Əlihüseyn

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*