Saytımıza xoş gəlmisiniz

Əgər NATO təlimlərinə görə Ermənistana qarşı təhdid olarsa…

Oxunma sayı: 284

37723781_2125771784363184_3797986073150226432_n

“Əgər NATO təlimlərində iştirak etmək bizim maraqlarımıza cavab vermirsə, onda bu təlimlərdə iştirak etməməliyik.”

Karabakh.tv xəbər verir ki, bu sözləri 1-15 avqust tarixlərində Gürcüstanda keçiriləcək NATO təlimləri haqqında danışarkən insan resursları beynəlxalq mərkəzinin icraçı direktoru, sabiq deputat Tevon Poqasyan deyib.

“Əgər bu təlimlərdə iştiraka görə Ermənistana qarşı hər hansı təhdid olarsa, biz öz maraqlarımızdan çıxış edib bu təlimlərdən imtina etməliyik. Yox, əgər bu təlimlər bizim maraqlarımız daxilindədirsə və bundan nə isə qazanacağıqsa, onda iştirakdan boyun qaçırmamalıyıq. Biz bundan sonra Ermənistanın öz maraqlarından çıxış etməsinə alışmalıyıq. NATO ilə əlaqələrimizi şərtləndirən minlərlə sahələr var. Hər şey bir təlimin üzərində qurulmayıb.”

Xatırladaq ki, Ermənistan NATO-nun çoxmillətli Noble Partner 2018 (“Ləyaqətli Tərəfdaş 2018”) təlimlərində iştirak edəcək.

NATO ölkələrinin üç mindən çox hərbi qulluqçusunun qatıldığı bu təlimlərə Tiflis şəhəri yaxınlığında yerləşən Vazian hərbi aerodromundan rəsmi olaraq 1 avqust 2018-ci il tarixində start veriləcək.

Təlimlər avqustun 15-dək davam edəcək.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*