Saytımıza xoş gəlmisiniz

“Əlif Hacıyev – Qarabağın cəngavəri” adlı tədbir keçirilib.

Oxunma sayı: 468

img_0879

Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin xatirəsinə həsr olunmuş tədbir keçrilib. Məktəbin 3c sinfinin hazırladığı tədbiri giriş sözü ilə sinif rəhbəri Ofelya Babayeva açıb, o, qəhrəmanın həyat və döyüş yollarından, torpaqlarımıza göz dikən düşmənlərə qarşı apardığı mübarizədən geniş söhbət açıb, qeyd edib ki, Əlif Hacıyevin ömür yolları bu gün məktəblilər üçün əsl örnəkdir.

Karabakh.TV xəbər verir ki, şagirdlərin hazırladığı şeir kompozisiyalırını tədbir iştirakçıları maraq və həssaslıqla qarşılayıblar, vətən, bayraq, Qarabağ mövzulu səhnələr qonaqların alqışları ilə müşayiət olunub.

Tədbirdə jurnalist İlham Cəmiloğlunun ssenari müəllifi olduğu “Əlif Hacıyev – Qarabağın cəngavəri” filmi nümayiş etdirilib.

Tədbirə qatılan qonaqlar, Xətai rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, professor Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyev, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, pedaqoji elmlər doktoru, professor Akif Abbasov, Əlif Hacıyevin bacısı Şükufə Hacıyeva, döyüş yoldaşı Nazim Hüseynov və digərləri Əlif Hacıyevin ömür yollarından bəhs ediblər, qəhrəmanla bağlı xatirələrini və təəssüratlarını bölüşüblər.

Muğam ustalarının ifaları tədbirə xüsusi rəng qatıb.

Sonda məktəbin direktoru Elçin Abdullayev tədbir iştirakçılarına minnətdarlığını bildirib, bu səpkidə keçirilən tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində önəmli rol oynadığını söyləyib və 3c sinfinin şagirdlərini fəxri fərmanlarla təltif edib.

img_0770

img_0725

img_0709

img_0673
img_0869

img_0828

img_0814

img_0809

img_0788

img_0795

İlham Cəmiloğlu

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*