Saytımıza xoş gəlmisiniz

Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək

Oxunma sayı: 54

prezident_metbuat_100718_3

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə açıqlama zamanı deyib.

O vurğulayıb ki, Türkiyə əvvəllər də Azərbaycanı bu məsələdə, eləcə də Naxçıvan yardım məsələsində dəstəkləyib.

R.T.Ərdoğan bildirib ki, gələcəkdə zərurət yaranarsa Türkiyə ilə Naxçıvan arasında dəmir yolu tikilə bilər.

Prezidentin sözlərinə görə, ölkəsi həmçinin Naxçıvan sakinlərinə Türkiyə ərazisində tibbi yardım göstərməyə hazırdır.

R.T.Ərdoğan bildirib ki, iki ölkə arasında müdafiə sahəsində də münasibətlər inkişaf edir. O, həmçinin Gülən terror təşkilatı ilə mübarizədə dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*