Saytımıza xoş gəlmisiniz

Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Oxunma sayı: 415

erdogan_putin_011214

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Trend in məlumatına görə, bu barədə R.T.Ərdoğan türkliyəli jurnalistlərə açıqlamasında bildirib.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli üçün Türkiyə ciddi təşəbbüslə çıxış edəcək:

“Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq. Təbii ki bu, sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək”.

Dövlət başçısı bildirib ki, Türkiyə 2018-ci ildə Qafqaz İslam Ordusunun qurulmasının 100 illiyini Azərbaycanla bir yerdə qeyd edəcək.

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*