Saytımıza xoş gəlmisiniz

Ərdoğanın “Osmanlı şilləsi” Ermənistanı QORXUYA SALDI: Ankara Bakıya…

Oxunma sayı: 120

erdogan

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən ABŞ-ın PYD-yə dəstəyini sərt tənqid edərək, buna qarşı mübarizə aparacaqlarını açqladı. Ardınca qeyd etdi ki, “bizə deyirlər ki, “bizi vursanız, sərt cavab verəcəyik”. Bunu deyənlər görünür, heç vaxt “Osmanlı şilləsi” yeməyiblər”.

Publika.az

 xəbər verir ki, Ərdoğanın ABŞ-a verdiyi “Osmanlı şilləsi” mesajı Ermənistanda da narahatlığa səbəb olub.

Erməni siyasi şərhçi Naira Ayrumyan Türkiyənin getdikcə gücləndiyini və Ermənistan üçün də təhlükəyə çevrildiyini yazıb.

“Türkiyə artıq dünyanı “Osmanlı şilləsi” ilə hədələyir. Bu, onların gücləndikləri deməkdir. Təbii ki, güclənən Türkiyə Ermənistan üçün də təhlükədir, təkcə ona görə yox ki, soyqırımı (qondarma erməni soyqırımı – red.) məsələsində heç nə edə bilməyəcəyik, həm də Ankaranın Bakıya bütün şərtlərdə dəstək verməsi bu təhdidləri artırır”, – deyə o bildirib.

Erməni şərhçi Serj Sarkisyanı “erməni-türk protokolları”nı ləğv etməyə çağırıb.

Asif

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*