Saytımıza xoş gəlmisiniz

Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib

Oxunma sayı: 66

2a0b29db4dfd1d7b4f5e868ba33222f9

Hərbi hissələrdən birində əsgər kitabxanalarına bədii ədəbiyyat kitabları təqdim edilib. Aksiya çərçivəsində ictimaiyyət nümayəndələrinin şəxsi heyətlə görüşü keçirilib.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, çıxış edənlər hərbi qulluqçuların asudə vaxtının təşkilində, onların dünyagörüşünün genişlənməsində və mənəvi-psixoloji vəziyyətlərinin daha da yaxşılaşdırılmasında böyük rolu olan bədii ədəbiyyat nümunələrinin hərbi hissələrin kitabxanalarına verilməsini yüksək qiymətləndiriblər.

Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hərbi hissələrin müasir standartlara cavab verməsi, eləcə də şəxsi heyətin yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasını ölkə ictimaiyyəti tərəfindən fəxr hissi ilə qarşılandığını diqqətə çatdırıb.

Kitablar  əsgər kitabxanasına təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçuların xidməti və məişət şəraiti ilə tanış olub, əsgər yeməkxanasında şəxsi heyətlə birgə nahar ediblər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*