Saytımıza xoş gəlmisiniz

Erməni separatçı MASONLARIN UNİVERSİTETİNDƏ AZƏRBAYCAN ƏLEYHİNƏ DANIŞDI

Oxunma sayı: 58

30264224_1457374401058947_1880183399100973056_n-1

ATƏT-in Minsk Qrupunun hazırkı amerikalı həmsədri Endryu Fişer və ABŞ-ın sabiq dövlət katibi Con Kerri də özəyi Yel universitetində yaradılmış satanist “Kəllə və sümük” ordeninin üzvüdürlər…

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “ABŞ-dakı daimi nümayəndəsi” adlandırılan Robert Avetisyan Amerikanın Konnektikut ştatındakı məşhur Yel universitetində qonaq olub. “KarabakhTV” xəbər verir ki,  R.Avetisyan universitetin erməni tələbə klubu tərəfindən təşkil  edilmiş “Dağlıq Qarabağ və Azərbaycan: danışıqlar prosesində irəliləyiş perspektivləri “ mövzusunda müzakirələrdə çıxış edib, sualları cavablandırıb.

Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş separatçı tədbirdə  ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans, ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Kerri Kovano da iştirak edib.

Və ən diqqətçəkən hallardan biri:  separatçı müzakirələrin moderatoru, yəni aparıcısı Yel universitetinin böyük elmi işçisi, ABŞ prezidentinin keçmiş müşaviri (2002-2007) Tomas Qrex olub.

P.S. Bako Saakyanın  Konqresdəki qəbulundan sonra rəsmi Bakının etirazlarına rəğmən separatçı-terrorçu rejimin ABŞ-dakı faktiki nümayəndəsinin Yel Universiteti kimi nüfuzlu bir təhsil ocağında görüşünə və Azərbaycan əleyhinə müzakirələrə şərait yaradılması Qarabağın bu günədək işğal altında qalmasının arxasında hansı güclərin dayandığını bir daha açıq şəkildə nümayiş etdirir. Özü də separatçı ruhlu  belə müzakirələrə Amerikanın və ATƏT-in Minsk qrupunun tanınmış sabiqləri qatılır. Deməli, ABŞ və Avropa rəsmilərinin əksəriyyəti vəzifə başında etiraf etməsələr də, əslində birbaşa Ermənistanın maraqlarına dəstək verirlər. Çünki yalnız bu tədbirə deyil, başqa ermənipərəst tədbirlərə də adları çəkilənlərlə yanaşı, digər ABŞ və Avropa sabiqlərinin qatılması haqda kifayət qəqər faktlar var…

P.P.S. Rəsmi siyasətdən uzaq sayılsa da, onu da xatırlatmağı borc bilirik ki, separatçı erməninin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışlarına şərait yaradıldığı Yel universiteti mason, illüminant və satanistlərin yetişdirilmə ocağı kimi də tanınır. ABŞ-ın bir sıra prezidentləri və məşhurları, o cümlədən Bill Klinton, ata və oğul Buşlar, eləcə də keçmiş dövlət katibləri Hillari Klinton və Con Kerri də bu təhsil ocağının məzunlarıdır.

Adları çəkilən və son 3 onillikdə bəşəriyyətin, xüsusən müsəlman və türklərin, o cümlədən Azərbaycanın taleyində olduqca mənfi, iblisanə rol oynamış həmin siyasi fiqurlar Yel universitetindəki gizli “Kəllə və sümüklər” lojasının üzvləri olub.  Onlar  “Kəllə və sümüklər” gizli tələbə cəmiyyətinin “gizli qardaşları” kimi də tanınırlar. Bu cəmiyyət 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılıb. Corc Buş və Con Kerri 2004-cü ildə prezident seçkilərində rəqib olsalar da, eyni təşkilatda olduqlarını heç kim bilmirdi…

“Kəllə və Sümüklər” təşkilatının mərkəzi binası “məzar” adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri burdan idarə edirlər. “Kəllə və Sümüklər”in illüminatlar və masonluq kimi gizli cəmiyyətlərin fəaliyyətlərindən təsirləndiyi ehtimal edilir. Hətta bəzi iddialara görə, “Kəllə və Sümüklər”, əsasən, Avropada fəaliyyət göstərən İllüminatlar gizli cəmiyyətinin ABŞ qanadını təşkil edir…

P.P.S. Təsadüfi deyil ki, ermənipəst gedişləri və çıxışlarıyla seçilən Con Kerri dövlət katibliyindən çıxdıqdan sonra, 2017-ci ilin fevralından  Yel universitetində dərs deyir və qlobal siyasətlə bağlı təhsil proqramını himayə edir…

Və Azərbaycanın, Qarabağın taleyi üçün daha bir diqqətəlayiq fakt: ATƏT-in Minsk Qrupunun hazırkı amerikalı həmsədri Endryu Şefer də Yel universitetinin məzunu və deməli, “Kəllə və sümüklər” satanist lojasının üzvüdür…

 Sultan Laçın

30411529_1457374091058978_3109714119402455040_n30127822_1457374327725621_6574678882371239936_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*