Saytımıza xoş gəlmisiniz

“Qarabağ danışıqlarında problemlər getdikcə dərinləşir” – Trofimçuk

Oxunma sayı: 31

234234_1510820010_1523355698_1523961218

“Qarabağ danışıqlarında problemlər olduğu kimi qalır və təəssüf ki, getdikcə dərinləşir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə eksperti Qriqori Trofimçuk bildirib.

Trofimçuk Qarabağ münaqişəsinin bölgədəki proseslərə təsir etdiyini, problemin getdikcə gərgin xarakter aldığını deyib.

“Ümumilikdə heç bir şey dəyişmir. Qarabağ danışıqlarında problemlər olduğu kimi qalır və təəssüf ki, getdikcə dərinləşir. Bu bu birbaşa bölgədəki proseslərə təsir edən istər Qarabağ, istər bölgə, istərsə də geosiyasi problem olsun, hamısına aiddir”, – deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*