Saytımıza xoş gəlmisiniz

Ermənistanda sosial fəlakət rəsmən təsdiqləndi  

Oxunma sayı: 497

received_2084033008537062

“Boş evlərinizi sosial problem içində boğulan insanlara verin.”

Karabakh.tv xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri  Paşinyanın arvadı Anna Akopyan özünün Facebook səhifəsində paylaşıb:

“Mən hər gün dəstək məqsədilə onlarla məktub alıram. Bu müraciətlərin bir qismini xoş məramlı insanların köməyilə həll etmək mümkündür. Bu məqsədlə istər İrəvanda, istərsə də Ermənistanın digər yerlərində boş mənzilləri olan  həmvətənlərimə müraciət edirəm. Öz evlərinizi heç olmasa bir-neçə aylığa sosial problemlər içində boğulan insanlara verin ki,  onların kommunal ödənişlərdən canı qurtarsın.”

Sonda müraciət üçün özünün elektron ünvanını qeyd edən A.Akopyan onu da xüsusi vurğulayıb ki, bu addımı atan adamların evləri onların ilk tələb- müraciətindən dərhal sonra boşaldılacaq:

“Mən baş nazirin həyat yoldaşı kimi buna şəxsən zəmanət verirəm.”

Göründüyü kimi, İrəvanda sosial fəlakət artıq dövlət rəhbərlərinin ailələri səviyyəsində təsdiqini tapır.

Hazırladı: İbrahim Rüstəmli

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*