Saytımıza xoş gəlmisiniz

Kəlbəcərdəki ermənilər də Saakyanın istefasını tələb etdi – Xankəndi yenidən qaynayır – Fotolar

Oxunma sayı: 142

183928-1

Xəbər verdiyimiz kimi, işğal altındakı Xankəndində müxalif partiyalardan birinin təşkilatçılığıyla yenidən etiraz aksiyaları başlayıb.

Dünən- iyunun 14-də Moderator24.com separatçı erməni nəşrlərinin “Milli Dirçəliş” partiyasının lideri Ayk Xanumyan və tərəfdarlarının etiraz aksiyası keçirdiyini xəbər verməsi haqda məlumat yaymışdı. Lakin həmin aksiyanın dinc xarakter daşıdığı, “polis”lərin aksiyaya mane olmadığı, Bako Saakyanın istefasının tələb edilmədiyi bildirilmişdi. Sonradan gecə saatlarında xəbər aldıq ki, erməni nəşrlərindən fərqli olaraq Rusiyanın müxalifmeyilli bəzi nəşrləri əslində Xankəndində polislə etirazçılar arasında qarşıdurma yaşanması, aksiyada Bako Saakyanın istefasının tələb edilməsi haqda informasiya yayıb.

“Dağlıq Qarabağın “prezidenti” kimi Bako Saakyanın siyasəti milli təhlükəsizliyi təhlükə altına qoyur və o, vəzifəsindən ayrılmalıdır!”. “Bako Saakyan və “parlament” rəhbəri Aşot Qulyan 50 gün ərzində istefa verməlidir!” Bu cür şüarlarla müşayiət olunan aksiyanın iyunun 13-də əvvəlcə Xankəndinin mərkəzi “Dirçəliş” meydanında keçirilməsi nəzərdə tutulsa da, “polis” yolları bağlayaraq etirazçıları oraya buraxmayıb və bir müddət qarşıdurmadan sonra onlar yerli vaxtla saat 17:00-da parklardan birinə toplaşıblar. Mitinq iki saat yarım davam edib və saat 19.30-da başa çatıb. Mitinq zamanı etirazçılar yolun hərəkətli hissəsinə keçərək gediş-gəlişə maneə yaradıblar.

A.Xanumyan çıxışında deyib ki, Saakyan istefa verməlidir və “Milli Məclis” 2020-ci ilədək Dağlıq Qarabağa rəhbərlik edəcək müvəqqəti prezident seçməlidir. “Bundan başqa, hakimiyyət 2020-ci ildə ədalətli seçkilərin keçirilməsini təmin etməlidir “, – deyə o əlavə edib. Etirazçılar “deputat”ın çıxışını alqışlarla dəstəkləyib.

Xəbər verilir ki, Xankəndindəki etiraz aksiyasına Xocavənd, Ağdərə, Əsgəran bölgələrindən gələn ermənilər də qoşulmağa cəhd edib, lakin “polis” onları şəhərə buraxmayıb. Ancaq bəzi digər bölgələrdən iştirak edənlər olub. Məsələn, Kəlbəcərdə zəbt edilmiş Azərbaycan yurdlarında yaşayan Aleks Kananyan mitinqdə iştirak edib və deyib ki, Bako Saakyan Kəlbəcərin daxil edildiyi “Şaumyan rayonu”nun məskunlaşdırılması və orada tikinti aparılması proqramlarınıdayandırıb, ona görə də o, istefa verməlidir…

Yerli əhali də müxalifətin aksiyasına dəstək verib. Təşkilatçılar etiraz tədbirlərinin davam etdiriləcəyini bildirib.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*