Saytımıza xoş gəlmisiniz

2017-ci ildə Qarabağda 4-cü övlad doğurmuş 222 erməni ailəsinin hər birinə 4 MİN DOLLAR BAĞIŞLANDI

Oxunma sayı: 133

165229

Rusiyanın erməni əsilli milyonçusu Samvel Karapetyanın rəhbərlik etdiyi “Taşir” Xeyriyyə Fondu “Hayastan” fondunun da dəstəyi ilə  2017-ci ildə  işğal altındakı Azərbaycan torpaqlarında dünyaya 4-cü uşaq gətirmiş  hər bir ailəyə 4 min dollar bağışlayıb. 

Moderator.az Rusiya mediasına istinadla yazır. Bir neçə gün öncə yaydığımız xəbərdə Xankəndində bu aksiyaya hazırlıq getməsi barədə yazmışdıq. Fevralın 3-də  qondarma separatçı rejimin oyuncaq lideri Bako Saakyanın da qatıldığı  xeyriyyə tədbirində sözügedən məbləğ 222 ailənin başçılarına çatdırılıb.

Tədbirdə eyni zamanda 3 avtomobil lotereyada oynanılıb. Avtomobilləri Xankəndindən Aruşanyan, Şuşanın Böyük Qaladərəsi kəndindən Ayrapetyan və Tərtərin Nor Marağa kəndindən Ayrapetyan ailələri udub.

“4-cü uşaq üçün vəsait gələcək illərdə də ödəniləcək. Çünki belə tədbirlər  demoqrafik artıma kömək edir”,- deyə “ ”Taşir” fondunun nümayəndəsi Narek Karapetyan bildirib.

 “Çox uşaq olan ailələr cəmiyyətin əsasıdır. Buna görə də demək olar ki, biz belə ailələrə borclarını ödəyirik”, – deyə N. Karapetyan vurğulayıb.

“Çoxuşaqlı ailələrə dəstək proqramları doğumun artmasına təsir göstərir”. Bunu isə jurnalistlərə qondarma rejimin “sosial müdafiə naziri” kimi təqdim edilən Samvel Avanesyan bildirib. Onun sözlərinə görə, “hökumət” özü hər doğulan birinci övlada görə 100 min dram(təxm. 342 AZN), 2-ciyə 200 min dram(təxm. 684 AZN), 3-cüyə 500 min dram(təxm. 1711 AZN), 4-cü və daha sonra doğula biləcək uşaqlara görə isə 700 min dram(təxm. 2396 AZN) ödəyir. 5 və ya daha çox uşaqları olan ailələr üçün mənzil tikilir və yaxud satın alınır.

27717992_1395186780611043_1520097936_n

Xankəndindən olan Narine Aruşanyan  müxbirlərə bildirib ki, 4 min dollar və udulmuş avtomobil onun çoxuşaqlı ailəsi üçün böyük dəstəkdir. “Biz həmin pulu mənzil almaq üçün ayırmağa qərar verdik. Avtomobil isə əlbəttə ki, ailəyə xidmət edəcək”, – deyə erməni qadın söyləyib.

Zəngilanın Mincevan qəsəbəsində yaşayan Izaira Martirosyan isə  4 min dolları  ev  təsərrüfatı yaratmağa yönəltdiklərini bildirib: “Biz bir ferma  yaratmaq, donuz və digər ev heyvanları almağa qərar verdik. Belə sərmayə və biznes gələcəkdə ailəmizin rifahını təmin edəcək”.

Xatırladaq ki, “Tashir” xeyriyyə fondu  hələ 2015-ci ildə Azərbaycanın işğal altındakı bölgələrində  2016-2018 illərdə 4-cü  uşaq anadan olan hər bir erməni ailəsinə 4 min dollar ödəmək təşəbbüsü ilə çıxış etmişdi. 20 Yanvar 2017-ci ildə 213 erməni ailəsinin hər biri 4000 min dollar alıb.

Sultan Laçın

Moderator.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*