Saytımıza xoş gəlmisiniz

Aprel şəhidinin doğum günüdür

Oxunma sayı: 60

sehid-ebukepilot20171002_1518243796_7591239020

Bu gün aprel döyüşlərində şəhid olan pilotumuz Əbubəkir İsmayılovun doğum günüdür.

Əbubəkir İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmir şəhərində anadan olub. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. O, daha sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.


Baş leytenant aprel döyüşlərində şəhid olub. O, mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Aprelin 11-də şəhidlərimizlə vida mərasimi keçirilib.


Pilotumuz şəhid olmasından bir neçə ay öncə ailə həyatı qurmuşdu.

Əbubəkir İsmayılov Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*