Saytımıza xoş gəlmisiniz

Xankəndində işğalın 30 illiyini “bayram” edən ERMƏNİLƏRİN SİFƏTİNDƏN ZƏHRİMAR YAĞIR… – Foto+Video

Oxunma sayı: 673

Xəbər verdiyimiz kimi, işğalçı, separatçı, terrorçu və daşnak əqidəli ermənilər 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşmsi tələbi ilə mitinqlərin başlanmasının 30 illiyini qeyd edir.

Əslində 13 fevral 1988-ci il hansısa “azadlıq hərəkatı”nın yox, Azərbaycandan növbəti torpaqqoparma prosesinin başlanğıcı oldu. “KarabkahTV” Rusiya mediasına istinadla xəbər verir ki, fevralın 13-də Xankəndində qondarma rejimin təşkilatçılığıyla yubiley mitinqi təşkil olunub. Mitinqdə təxminən 30  min insanın iştirak etdiyi iddia edilir.

Bako Saakyan və digər separatçıların qatıldığı mitinqdə məlum “Miatsum” (“Birlik”) və s. kimi hay-küylü şüarlar səslənsə də, təqdim edilən foto və video-kadrlardan bəlli olur ki, bəzi uşaqlar istisna, böyüklü-kiçikli, qocalı-cavanlı,  kişili-qadınlı əksəriyyətin sifətindən zəhrimar yağır… Tribunada danışanlara qulaq asana yoxdur, “mitinqçilər” öz aralarında söhbət edirlər…

Bunlar sübut edir ki,  1988-ci ilədək azərbaycanlılarla baş-başa, bizlərdən də qat-qat yaxşı və rahat yaşamış  orta və aşağı təbəqədən olan ermənilər indi Azərbaycandan “müstəqil” şəkildə  miskin vəziyyətdə yaşayır və  xunta rejimi keçmiş səhvlərinə görə peşimançılıq hisləri keçirən bu yoxsul kütləni zorla meydanlara qovur…

Sultan Laçın    

28053853_1403388926457495_2029448085_n

28053446_1403389146457473_1523393585_n

27994342_1403389223124132_1920378316_n

27994059_1403389309790790_2013567174_n

27993900_1403389086457479_2028159508_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*