Saytımıza xoş gəlmisiniz

ABŞ-da Sarkisyanın qardaşlarına qarşı cinayət işi açıldı

Oxunma sayı: 46

sargs-1526366393

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) müstəntiqləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr, Saşik və Levon Sarkisyana qarşı cinayət işi açıb.

AzVision.az 1in.am-a istinadən xəbər verir ki, müstəntiqlər həm ABŞ-da, həm də Ermənistanda Sarkisyanın qardaşlarının əməllərindən zərər çəkən iş adamları barədə materiallar toplamağa başlayıblar.

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan da FBİ-nin hədəfindədir. Xaçatryan vəzifədə olarkən çox sayda biznesmeni müflis edərək, onların əmlakını və biznesini ələ keçirməkdə ittiham olunur.

Sarkisyanın qardaşlarına qarşı açılan cinayət işinin təfərrüatları haqda məlumat verilməyib.

Alpər Mövludoğlu
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*