Saytımıza xoş gəlmisiniz

ABŞ-dan Əliyev-Sarkisyan görüşünə münasibət

Oxunma sayı: 444

3-2

Azərbaycanda islahatların aparılması üçün ölkədəki müxtəlif elementlər arasında dialoq var və bu dialoqun aparılması da mühümdür.

 Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ABŞ biznesmenləri yaxın gələcəkdə bir sıra sahələrə investisiya yatıra bilər:

“Kənd təsərrüfatı, suvarma və informasiya texnologiyaları sahələri gələcək əməkdaşlığımız üçün əsas perspektivdir”.

ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə də münasibət bildirib: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatından əlavə heç nə deyə bilmərəm”.

R.Sekuta vurğulayıb ki, son 25 ildə ABŞ-ın Azərbaycana ayırdığı yardımlar 1,3 mlrd. dolları ötüb.

Səfir təmsil etdiyi ölkənin Dağlıq Qarabağ probelmi nəticəsində məcburi köçkün düşən insanlara yardım üçün 120 mln. dollar ayırdığını da qeyd edib: “Ümumilikdə 7 mindən çox şəxs ABŞ dovlətinin vəsaiti ilə ABŞ-da təhsil alıb. Bu dövr ərzində 500-dən çox Sülh Korpusu könüllüsü Azərbaycanda çalışıb”.

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*