Saytımıza xoş gəlmisiniz

ABŞ generalı Azərbaycan Ordusunun döyüş taktikasını NÜMUNƏ GÖSTƏRDİ

Oxunma sayı: 59
 modern-az_gerean_568

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı bütün dünya ölkələri tərəfindən diqqətlə izlənilir.

Karabakh.tv Modern.az-a istinadən xəbər verir ki, döyüş əməliyyatlarının gedişi və istifadə olunan silahların effektivliyi Pentaqon tərəfindən də təhlil olunur.

ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsini misal göstərib.

“Qarabağda pilotsuz uçuş aparatlarının aktiv istifadə olunması ABŞ Ordusunun, xüsusən, Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsinin vacibliyini ortaya qoyub. Qarabağdakı döyüşlərdə, digər yerlərdə gedən döyüşlərdə gördüyümüz kimi, ölümcül PUA-larla üzbəüz gələcəyik”.

ABŞ komandanlığı Qarabağdakı döyüş əməliyyatlarının nümunələri əsasında özünün Hava və Raket Hücumundan Müdafiə sistemlərinin təkmilləşdirilməsini müzakirə edir. Pentaqon rəhbərliyi düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etməyə malik PUA-ların XXI əsrdə müharibələr zamanı əsas silah olacağını əlavə edib.

“Biz pilotsuz aparatların toplaşdığı hava məkanlarını öncədən müəyyən etmək və onları məhv etmək üçün yeni sistem hazırlayırıq. Amma tank və piyadalar üçün zirehli texnika da ortadan çıxmamalıdır. Onlar gələcəkdə də əsgərləri ölümcül döyüş meydanında qoruyacaq vasitə sayılacaq”.

Vüqar İSMAYILOV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*