Saytımıza xoş gəlmisiniz

“ABŞ Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq hadisəsini pisləyir” – Litsenberqer

Oxunma sayı: 41

95033-1539159324

“ABŞ Qarabağ münaqişəsi zonasında sülh prosesinə mane olan və 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini pozan istənilən zorakılıq hadisəsini pisləyir”. 

Ordu.az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı senator Robert Menendesin sualına cavab olaraq, ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizəd olan Erli Litsenberqer deyib.

“DQ münaqişəsinin sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, biz 3 prinsip ətrafında işləyirik. Bunlardan birincisi güc və təhdidin tətbiq olunmaması, ikincisi ərazi bütövlüyünə qarşı hörmət, üçüncüsü isə xalqların öz müqəddəratını təyinetmə hüququdur. Bu 3 prinsipdən hər biri əhəmiyyətlidir. Həmsədr olan bütün ölkələr, o cümlədən ABŞ Qarabağ münaqişəsi zonasında sülh prosesinə mane olan və 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini pozan istənilən zorakılıq hadisəsini pisləyir”, – deyə o bildirib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*