Saytımıza xoş gəlmisiniz

ABŞ təşkilatı Qarabağdakı separatçı rejim üçün mina təmizlənməsinə daha 2,7 mln. dollar ayırdı…

Oxunma sayı: 72

received_1565107390285647

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) adminstratoru Mark Qrin töşkilatın Dağlıq Qarabağdakı mina sahələrini mümkün qədər tez və diqqətlə təmizləmək öhdəliyini sadiq qaldını bəyan edib.

“KarabakhTV” xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. M.Qrin USAID tərəfindən maliyyələşdirilən və HALO Trust tərəfindən həyata keçirilən layihə vasitəsilə ABŞ-ın Dağlıq Qarabağa mina təmizlənməsində yardım göstərdiyini xatırladıb. 2017-ci ilin sentyabr ayına qədər ərazinin 97,6% -i təmizlənmişdir. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Qarabağın minalardan tam təmizlənməsini təmin etməkdir.

M.Qrin bildirib ki, 2017-ci ilin oktyabrında USAID cari proqram çərçivəsində və HALO Trust ortaqlığı ilə 2019-ci ilin sentyabrınadək Dağlıq Qarabağın minaların təmizlənməsi üçün təxminən 2,8 mln. dollar ayırıb.

Əlavə edək ki, ötən ilin sentyabında ABŞ Konqresinin xarici yardımlar komitəsi konqresmen Devid Valadaonun Dağlıq Qarabağda minaların təmizlənməsi üçün daha 1.5 milyon dollar ayrılmasına dair təşəbbüsünü dəstəkləmişdi.

Xatırladaq ki,  Dağlıq Qarabağdakı qondarma separatçı rejimin can-başla xidmətində duran “HALO Trust”  Böyük Britaniyanın xeyriyyə, ABŞ-ın qeyri-kommersiya birgə təşkilatı adı altında fəaliyyət göstərir. Planetimiz üzrə mülki vətəndaşlar üçün təhlükə yarada bilən  mina və partlamammış qurğuların zərərsizləşdirilməsi ilə məşğul olduğu bildirilir. Təşkilata Amerika və Britaniyanın istefada olan hərbçiləri rəhbərlik edir.

Azərbaycanın işğal altındakı torpaqlarında 2000-ci ildən fəaliyyətə başlamış “HALO Trust”ın  Qarabağ şöbəsinin ilk rəsmi sponsorları   ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAID) və Böyük Britaniyanın “The Yulia Burke Foundation” təşkilatı olub.

Azərbaycan tərəfinin “HALO Trust” təşkilatının qanunsuz olaraq ölkənin işğal altındakı ərazilərində fəaliyyətinə görə dəfələrlə beynəlxalq donorlara və təşkilatlara müraciət etməsinə baxmayaraq təşkilat öz fəaliyyətini davam etdirir. Yalnız 2010-cu ildən rəsmi Bakının etirazlarından sonra Böyük Britaniyanın “HALO Trust”a maliyyə yardımı ayrılmasını dayandırmaq barədə qərarı separatçı erməni rejimini yeni maliyyə mənbələri axtarmağa məcbur edib.  Lakin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerevan ofisi təşkilata yardımını davam etdirib və  2014-cü ildə  “HALO Trust”a  5 milyon dollarlıq qrant ayıraraq rəsmən bildirib: “Dağlıq Qarabağda “USAID”-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir…”.

Həmin vaxt  “HALO Trust” 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcəyini vəd etmişdi. Son məlumatlara görə, “HALO Trust”ın Qarabağdakı “yeyintiləri”ndən şübhələnən   “USAİD” də maliyyələşdirməni dayandırdığından  “yem yerindən” məhrum olan separatçı rejim minaların təmizlənməsi üçün yeni sponsorlar axtarmağa məcbir olub. Bundan sonra “HALO Trust” üçün  milyon dollar ianə toplanıb. Bu il martın ortalalarında erməni mediasının yaydığı məlumata görə,  artıq “HALO Trust”ın adı çəkilməyən sponsorları tapılıb. Məlumatda bildirilir ki, anonim sponsor “HALO Trust”a Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün tələb olunan vəsaitin 4 milyon dollarını ödəməyə hazır olduğunu ifadə edib. Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün isə ümumilikdə 8 milyon dollardan çox vəsait tələb olunur.

Qeyd edək ki, Böyük Britaniya parlamentinin Lordlar Palatasının keçmiş vitse-spikeri, qatı ermənipərəst baronessa Kerolayn Koks da “HALO Trust”ın işğal edilmiş ərazilərdəki fəaliyyətini himayə edənlərdən biridir. O vəd edib ki, “HALO Trust” üçün yeni maliyyə mənbələrinin tapılmasına çalışacaq…

Sultan Laçın

received_1565107403618979

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*