Saytımıza xoş gəlmisiniz

Ağdərədə erməni hərbi qulluqçu bıçaqlanıb

Oxunma sayı: 246

2019/01/cebhe-1546847007.jpg

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən hərbi qulluqçu bıçaqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadla xəbər verir ki, başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib.

Faktla bağlı cinayət işi açılıb və Manuk Mirzoyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub. Hadisənin digər iştirakçılarının müəyyən olunması istiqamətində təhqiqat davam edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*