Saytımıza xoş gəlmisiniz

Ağdərədə erməni xidməti rəisinə qarşı cinayət işi qaldırılıb – Əsgər ölümü

Oxunma sayı: 75

45456_1529561016

Təqribən 7 ay bundan əvvəl “İnsan haqları naminə” jurnalistlər hüquq təşkilatı tərəfindən 2017-ci ilin 21 noyabr tarixində işğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsində yerləşən erməni birləşmələrindən birinin döyüş postunda (hərbi hissə 49971, 5-ci alay) mina partlayışı hadisəsini araşdırmağa başlayıb. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisənin detallarını araşdırmaq üçün təşkilatın nümayəndələri həlak olan və yaralı hərbi qulluqçuların yaxınları ilə görüşüb və öz mənbələri də daxil olmaqla hadisə barədə bir sıra məlumatlar toplayıblar.

Həmin hadisə zamanı 3 hərbi qulluqçu, leytenant Qeğam Zakaryan, əsgərlər Sarkis Abrahamyan və Sarkis Məlikyan ölüblər. Həmin hadisədə əsgər Narek Hoveyan isə ağır yaralanıb.

Tədricən məlum olub ki, Ağdərədəki qanunsuz hərbi hissə komandanlığı minalama işinə hazırlıqsız hərbi qulluqçuları göndərib. Bu əməliyyata cəmi 3 ay əvvəl zabit kimi xidmətə başlayan leytenanat Qeğam Zakaryan rəhbərlik edib. Yaralı Narek Hoveyan kəşfiyyatçı olmaqla yanaşı minalama sahəsi üzrə heç bir təlim keçməyib. Onlar iş apararkən müvafiq təchizatla təmin edilməyib.

Ermənistan müdafiə nazirliyi isə onlara müvafiq təlimlər keçirildiyini iddia edirdi. Ermənistanda inqilabdan öncə bu ölüm faktının günahkarlarının da ölən və yaralı hərbi qulluqçular arasında axtarılması, yenə də məsul şəxslərin cəzalandırmadan kənar qalacaqlarına sübut edirdi. Lakin vəziyyət dəyişdikdən sonra məlum oldu ki, cinayət məcəlləsinə uyğun irəli sürülən maddə dəyişdirilərək Ağdərədəki hərbi hissənin mühəndis xidməti rəisinə qarşı ittiham irəli sürülüb. Onun xidmətə səhlənkar yanaşması, əməliyyatın hazırlanması və gedişatına laqeyd münasibəti hadisənin baş verməsinə şərait yaradıb. Müvafiq təcrübəsi olmayan, təchizatla təmin edilməyən erməni hərbi qulluqçular əməliyyata cəlb edilib və təhlükəsizlik qaydalarının tələbləri kobud şəkildə pozulub.

Nəticədə 21 noyabr 2017-ci il saat 18:35 radələrində 49971 nömrəli hərbi hissənin müdafiə zolağının döyüş postunda mühəndis işləri apararkən, tank əleyhinə minanın partlaması ilə ölümcül qəlpə yarası ilə həmin hərbi hissənin 3 hərbi qulluqçusu ölüb, 1 hərbi qulluqçusu isə ağır yaralanıb.

Qeyd edək ki, bənzər hadisələrdə vəzifəli şəxsə qarşı cinayət işinin qaldırılması ilk haldır.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*