Saytımıza xoş gəlmisiniz

Almaniyalı politoloq: “Qarabağda əməliyyatların bərpası riski var, vəziyyət çətinləşir”

Oxunma sayı: 71

435_1525763387_1528567338_1532509526_1534237452

“Qarabağla bağlı Ermənistan baş nazirinin ilk və son açıqlamaları arasında dəyişiklik var”.

Ordu.az xəbər verir ki, bu barədə almaniyalı politoloq Aleksandr Rar Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Ermənistanın yeni hökumətinin mövqeyini şərh edərkən bildirib.

“Biz hamımız başa düşürük ki, hazırlıq prosesinin müəyyən bir mərhələsi var. Danışıqların bərpası üçün bəzi şərtlər var. Biz artıq milli maraqlar kontekstində, üzərimizdəki siyasi öhdəliklər çərçivəsində konstruktiv şəkildə danışıqları davam etdirməyə hazır olduğumuzu bildirmişik”, – deyə Paşinyan Tavuş vilayətinə səfəri çərçivəsində jurnalistlərlə görüşü zamanı, Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşü barədə sualı cavablandırarkən bildirib. O, Azərbaycan prezidenti ilə görüşə hazır olduğunu qeyd edib.

Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyinin son bəyanatlarını xatırladan Aleksandr Rar, erməni baş nazirin ilk və son şərhləri arasında nəzərəçarpacaq bir dəyişiklik olduğunu bildirib.

Onun sözlərinə görə, Paşinyanın ilk ifadələri arzu kimi görünürdü və o, bunun həyata keçirilməsinin asan olmayacağını başa düşdü.

“Bundan başqa, Paşinyanın ilk açıqlamaları daxili auditoriya üçün hesablanıb. Baş nazir, sülh prosesi, problemlərin həlli, Qarabağın danışıqlar masasına qoşulması üçün gərgin danışıqlara başlamağa hazır olduğunu göstərirdi. Təbii ki, ictimaiyyət bu bəyanatlardan ilhamlandı və bu addımın əvvəlki hökumət tərəfindən nə üçün asanlıqla atılmadığını düşünməyə başladı. Ancaq bu 2-3 ayda, bu ifadələrin yersiz olduğunu başa düşmək kifayət idi və xarici auditoriyaya başqa cür mesajların zəruri olması vacibliyi ortaya çıxdı. Hazırda Ermənistan tərəfi Vyana, Sankt-Peterburq və Cenevrə gündəliyinə uyğun danışıqlar aparmaq istəyir. Başqa sözlə, Azərbaycan hakimiyyətinin hazırkı bəyanatlarından belə məlum olur ki, Ermənistan tərəfinin istəyinə uyğun danışıqlar ola bilməz. Azərbaycan bu gündəmə razı deyil. Buna görə də baş nazir heç bir danışıqların olmayacağını anlayır”, – deyə o qeyd edib.

Almaniyalı politoloq, hazırda cəbhə xəttində baş verən gərginlik şəraitində danışıqların aparılmamasının anlaşılan olmadığını bildirib: “Bu, danışıqların detalları barədə məlumatsız olmağımız baxımından anlaşılmazdır. Ermənistan tərəfinin təqdim etdiyi gündəliyə görə daxili proseslərdə irəliləyiş əldə etmək, mümkün güzəştlər barədə vaxt əldə etmək, münaqişənin həlli üçün cəmiyyətin hazırlanması, cəbhə xəttində rəqibə nəzarət olunması və danışıqların davamlılığının təmin edilməsi məqsədləri olduğunu nəzərə almaq olar. İndiki mərhələdə bu Ermənistan üçün əlverişli seçimdir. Çünki müvəqqəti hökümətlərin eyni vaxtda daxili vəı xarici siyasəti uğurlu həyata keçirə bilməməsi təbii olan haldır.

Razılaşmanın olmadığı halda hərbi əməliyyatların bərpası riski var, vəziyyət çətinləşir. Bu, ciddi daxili problemlərlə üzləşən yeni hökumət üçün daha mürəkkəbdir və o, dərk edir ki, Qarabağ məsələsində həlledici dönüş qərarları qəbul etmək mümkün deyil. Bu bəyanatlar bu kontekstdə qəbul edilir”.


Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*