Saytımıza xoş gəlmisiniz

Amerikalı ekspert: “Qarabağ münaqişəsinin həlli ABŞ üçün prioritet olmalıdır”

Oxunma sayı: 123

2019/01/stat-1547035201.jpg

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinin tapılmasını prioritet hesab etməlidir”.

Ordu.az xəbər verir ki, belə bir fikirlə amerikalı analitik Uilam Makhenrin çıxış edib.

Uliam Makhenrin siyasət məsələləri ilə bağlı Gənc Mütəxəssislər İctimai Təşkilatının ekspertlərindən biridir. Onun sözlərinə görə, 2016-cı il döyüşləri dövründə Qarabağ məsələsi gündəmə gəlsə də, böhran qərb siyasətçilərindən, xüsusilə də Birləşmiş Ştatlardan lazımi diqqəti əldə etməyib.

Amerikalı analitikin fikrincə, postsovet məkanında dondurulmuş münaqişələr yalnız tərəfləri zəiflətmir, eyni zamanda Rusiya tərəfindən bu və ya digər şəkildə siyasi manipulyasiya məsələləri üçün istifadə olunur. O, belə bir şəraitdə Vaşinqtonun bu bölgəyə daha çox diqqət ayırmasını vacib hesab edir.

“Dünyanın digər bir kənarında yerləşən nizamlanmamış münaqişənin niyə ABŞ maraqlarına xidmət etməli olduğunu təsəvvür etmək çətindir. İstənilən halda bu münaqişənin nizamlanması Ermənistanın coğrafi mövqeyi baxımından Birləşmiş Ştatlar üçün strateji əhəmiyyət daşıyır. Ermənistan ABŞ-ın iki rəqibi İran və Rusiyanın yanında yerləşir və iki müttəfiq ölkəsi Türkiyə və Gürcüstanla həmsərhəddir. Bundan başqa Azərbaycanla dondurulmuş münaqişə Ermənistan iqtisadiyyatının inkişafına və bölgədə ticarət əlaqələrinin genişlənməsinə maneə törədir. Ona görə ki, Türkiyə Azərbaycanın müttəfiqi olaraq, Ermənistanla sərhədləri bağlayıb”, – deyə o bildirib.

O, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bəziləri tərəfindən Nikol Paşinyanın münaqişənin diplomatik yolla həll etməyə nail olacağına ümid etdiyinə münasibət bildirərək təəssüflə qeyd edib ki, Ermənistanda ABŞ hakimiyyətinin son diplomatik manevrlərinin konstruktiv daxili siyasi hadisələrlə əlaqəsi yoxdur.

Analitik qeyd edir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana səfəri zamanı əksinə olaraq tarazlaşdırılmamış diplomatik məharət nümayiş etdirib. O, ABŞ hakimiyyətinin Dağlıq Qarabağda dondurulmuş münaqişənin qarşılıqlı qəbul olunan və sülh yolu ilə həll olunması işindən yardım etməyə hazır olduğunu bildirmək əvəzinə İranla sərhəddi bağlaması üçün Ermənistana təzyiq göstərib.

“ABŞ bu bölgəylə bağlı daha fəal siyasət həyata keçirməlidir. İran iqtisadiyyatına təsirin məhdudlaşdırılması məqsədi ilə ilk növbədə dondurulmuş münaqişələrin sülh yolu ilə nizamlanması işində konstruktiv beynəlxalq tərəf kimi iştirak etməlidir.

Əgər münaqişə həll edilərsə, bu Avrasiyada digər münaqişələrin həllinə müsbət nümunə olmaqla yanaşı, geosiyasi cəhətdən qeyri-sabit bölgədə daha çox transsərhəd əlaqələrinin yaradılmasına xidmət edəcək”, – deyə ekspert əlavə edib.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*