Saytımıza xoş gəlmisiniz

Ankara və Bakı Ermənistanın məhvi üçün Naxçıvanda HƏRƏKƏTƏ KEÇDİ – Sarkisyandan ŞOK İDDİA

Oxunma sayı: 104

eliyev-erdogan

İrəvanda Türkiyə və Azərbaycanın Türk dünyasını birləşdirmək üçün hərəkətə keçməsindən və Ermənistanın işğal etdiyi tarixi torpaqların azad edilməsi üzərində ciddi planlar qurmasından narahatdırlar.

Publika.az xəbər verir ki, Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan Naxçıvan ətrafında müharibənin yetişdiyini iddia edib.

“Naxçıvan ətrafında bir ay öncə baş verən hadisələr bu günlərdə açıqlanır. Azərbaycan Naxçıvanda ümumqoşun ordusu saxlayır, həmçinin, Türkiyənin müasir zərbə silahları burada mövcuddur. Görünür, hansısa planları var. Bununla yanaşı, təkcə Naxçıvandakı hərbi kontingentlə müqayisədə Ermənistanın buna alternativ güc formalaşdıra biləcəyi qeyri-realdır”, – deyə o bildirib.

Sarkisyan iddia edir ki, İrana qarşı ciddi sanksiyalar tətbiq ediləcəksə və bu ölkə daxildən qarışacaqsa, proseslər bütün regiona sıçrayacaq: “Region qarışacağı təqdirdə, Azərbaycan fürsətdən istifadə edərək, Dağlıq Qarabağın azad edilməsi istiqamətində hərəkətə keçəcək. Digər tərəfdən, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar dalana dirəndi və bu gün hərbi yol Bakı üçün əsas prioritetdir. Azərbaycan və Türkiyə ərazilərin qaytarılması üçün birgə hərəkət edəcəklər”.

Erməni siyasətçi qeyd edib ki, Naxçıvandan Türkiyənin ən ucqar nöqtəsinə dəmir yolu çəkilir: “Bu layihəyə əsasən dəmir yolu Bakı-Tbilisi-Qarsa birləşəcək, oradan da Avropaya çıxacaq. Bu, Azərbaycanla Türkiyənin regiondakı gələcək planlarından xəbər verir və bu planda Ermənistanı gözləyən böyük təhlükələr var”.

Asif

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*