Saytımıza xoş gəlmisiniz

Apelyasiya Məhkəməsi Koçaryanı həbsdə saxladı

Oxunma sayı: 37

kocharyan_030818

Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı müraciəti təmin etməyib.

Trend-in məlumatına görə, məhkəmə R.Koçaryanın vəkillərinin ərizələrini qəbul etməyib və sabiq ölkə rəhbərinin həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*