Saytımıza xoş gəlmisiniz

“Aprel döyüşləri ilə bağlı verilən bəyanatlar biabırçı bir etirafdır” – Karapetyan

Oxunma sayı: 108

43534_1523088379

“Bölgəmizdə sülh şəraitində keçən hər bir il və ya gün gələcəkdə baş verə biləcək müharibələrə hazırlıq müddətidir”. 

Ordu.az erməni KİV-lərinə istibnadən xəbər verir ki, bunu “Hayeli” klubunda jurnalistlərlə görüşü zamanı abidəşünas Samvel Karapetyan bildirib.

Onun sözlərinə görə, sülh dövrü növbəti müharibəyə daha yaxşı hazırlaşmaq üçün verilən vaxtdır və erməni rəhbərliyi bunu qiymətləndirə bilməyib.

“Aprel müharibəsi sübut etdi ki, biz o vaxtadək olan müddətin dəyərini dərk etməmişik, lazım gəldiyi kimi istifadə etməmişik. Maraqlıdır ki, aprel müharibəsi günləri bitdikdən sonra, 3 ay keçməmiş müdafiə naziri bəyan etdi ki, son 3 ayda görülən mühəndis və sərhədlərin bərkidilməsi işlərini, keçən 20 il ərzində etməmişdik. Bu fəxr ediləsi yox, biabırçı bir etirafdır. Əgər 3 ay ərzində görülməsi mümkün olan işləri, keçən 20 il ərzində görsəydilər, biz 100-lərlə gənc oğlanı qəbrə qoymazdıq. Bu söz nə deməkdir? Nə etməli olduğunuzu dərk etmək üçün bizim gələcəyimizi qəbrə qoymalıydınız?”, – deyə Ermənistan müdafiə nazirliyini kəsklin tənqid edib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*