Saytımıza xoş gəlmisiniz

Argentinalı xeyriyyəçi Qarabağda xidmət edən erməninin ailəsinə üçotaqlı ev bağışladı – Fotolar+Video

Oxunma sayı: 133

Ermənistan ordusunun hərbi qulluqçularının xeyli hissəsinin ailəsi çətin şəraitdə yaşayır. Bunu Gümrüdə yaşayan bir ailənin  son 20 il ərzində yaşadığı mənzilin görüntüləri də təsdiqləyir. Bu günlərdə şəhərə gələn Argentinalı xeyriyyəçi erməni ailənin bu vəziyyətini görərək onlara üçotaqlı ev bağışlayıb.

“KarabakhTV” bu haqda işğalçı ölkənin mediasına istinadla xəbər verir. Argentinada yaşayan Minasyanlar ailəsinin qızı ötən il Ermənistanda olarkən xeyriyyəçilərin çətin şəraitdə yaşayanlara mənzil bağışlamasının  şahidi olub və özü də belə bir iş görməyə qərar verib. Bu ilki gəlişində o, Gümrüdə  oğlanları Azərbaycanın işğal  altındakı torpaqlarında hərbi xidmət keçən Saakyanlar ailəsinin 20 ildir ki, gəmiricilərin qaynaşdığı bir xaraba məkanda yaşadıqlarını öyrənib və həmin ailəyə üçotaqlı mənzil bağışlayıb.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*