Saytımıza xoş gəlmisiniz

Armen Sarkisyan: hakimiyyətsiz hakimiyyət

Oxunma sayı: 631

37389968_2119859964954366_1297176575472566272_n

“Parlament respublikasında prezident üçün hansısa icra hakimiyyəti səlahiyyətləri nəzərdə tutulmur. Lap əvvəldən bəlli idi ki, əgər mən prezident postuna seçilsəm, öz şəxsi əlaqələrimi elmə, siyasətimi isə Ermənistana investisiya qoyulmasına yönəltməliyəm.”

“Parlament respublikasında prezidentin idarəçilik funksiyası yoxdur.  Ona görə də hər gün öz fəaliyyətimin mənasını xalqa anlatmağa ehtiyac duymuram, sosial şəbəkələrdə görünmürəm.”

Karabakh.tv xəbər verir ki, bu fikirləri Ermənistan prezidenti Armen Sarkisyan RİA Novosti və Sputnik-Armenii informasiya agentliklərinə verdiyi müsahibəsində səsləndirib və fəaliyyəti ilə bağlı konkret koordinatları ortaya qoyub. Və özünəməxsus incəliklə anlatmağa çalışıb ki, parlament respublikasında prezidentin səlahiyyətləri məhduddur.

Bu, Armen Sarkisyanının eyni məzmunlu ilk bəyanatı deyil. Hətta “məxməri inqilab”dan dərhal sonra da o bu barədə danışaraq konstitusiyada dəyişiklər etməyə, ikili hakimiyyət yaratmağa ehtiyac olmadığını bildirmişdi.

Bu bəyanatlara Nikol Paşinyanın sərt reaksiyasından sonra isə o, bir daha bu mövzuya bu qədər kəskin mövqedən qayıtmamışdı. Qarabağ probleminin ilə bağlı danışıqlara gəldikdə isə Armen  Sarkisyan açıq şəkildə bildirmişdi ki, bu, birbaşa baş nazirin və xarici işlər nazirinin səlahiyyətinə aid olan məsələdir. Özü isə yalnız məsləhətlərilə onlara kömək edə bilər.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, prezidentlə icra hakimiyyəti strukturları bir-birindən fərqli sferalarda fəaliyyət göstərir. Bu mənada Ermənistanda ikili hakimiyyətin mövcudluğundan deyil, ümumiyyətlə, hakimiyyət böhranından danışmaq lazımdır.

Onu da xüsusi vurğulamağa ehtiyac var ki, Armen Sarkisyanın şəxsi münasibətlər zəminində bir sıra nəhəng biznes sahiblərilə əlaqələri olsa da, prezidentlik dövrünün son dörd ayında bu əlaqələri özündə ehtiva edən heç bir iqtisadi layihələr reallaşdırılmayıb.

Bu isə ilk növbədə Nikol Paşinyanın Armen Sarkisyanla bağlı vəziyyəti nəzarət altında saxladığının, hazırkı durumun onu qane etdiyinin göstəricisidir. Yəni, Ermənistan prezidenti faktiki olaraq tam izolə vəziyyətindədir: hakimiyyətsiz hakimiyyətin təmsil edir.

Düzdü, “məxməri inqilab”dan sonra belə söz-söhbət gəzirdi ki, A.Sarkisyan partiya yaratmaq və yeni siyasi güclə parlament seçkilərində iştirak etmək niyyətindədir. Lakin sonradan bu söz-söhbətlərin özünü doğrultmaması sözün həqiqi mənasında Ermənistanda hakimiyyət böhranının mövcudluğunu ortaya qoydu.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*