Saytımıza xoş gəlmisiniz

Armen Sarkisyan topa tutuldu

Oxunma sayı: 281

34382443_2080235245583505_4135740484536500224_n

Karabakh.tv xəbər verir ki, Rusiya telekompaniyası öz efirində Ermənistan prezidenti Armen Sarkisyanla müsahibəyə geniş yer ayırıb. Bu müsahibədə Sarkisyan siyasi nöqteyi-nəzərdən Rusiya ilə, onun coğrafiyası və mədəni irsi ilə bağlı “parlaq” düşüncələrini bölüşür.

Müsahibənin yerli KİV-lər tərəfindən ciddi tənqidlə qarşılanması isə yeni baş nazirin siyasi kursu ilə üst-üstə düşmədiyi anlamına gəlir. Bu haqda dərc olunan yazılarda Sarkisyanın “topa tutulması” dediklərimizə əyani sübutdur. Çünki “Paşinyan hökumətindən gözləntilər erməni-rus münasibətlərini oliqarxlardan və bu fonda Ermənistanın subyekt kimi asılılığını artıran satqınlardan təmizləməkdir. Bu işdə ölkə prezidentinin dinamik xarici siyasət yürütməsi çox vacibdir.”

SİTAT: “Sarkisyan dəfələrlə xüsusi qaydada vurğulayır ki, Ermənistan əhalisinin 95 faizi Rusiyanı özünün ən yaxın dostu sayır. Amma Sarkisyan əhatəli müsahibəsində rus-erməni münasibətlərinin korlanmasından, əhalinin bu münasibətlərə daha çox şübhə ilə yanaşmasından qəti danışmır. Hansısa dövlət rəhbəri rus-erməni münasibətlərindən bəhs edərkən bu məqamlara toxunmursa, deməli, status-kvonu – Ermənistanı Rusiyanın vassalı statusunda saxlayır və təqdim edir.”

“Əgər Sarkisyan erməni-rus münasibətlərini ləyaqətlə təqdim etsəydi, onun sözlərinin çəkisi də çox olardı”, – deyə yerli erməni saytları yazır.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*