Saytımıza xoş gəlmisiniz

AŞPA həmməruzəçiləri Azərbaycana gəlir

Oxunma sayı: 458

1-12

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcək. Bu barədə Ştefan Şennak “Twitter” səhifəsində yazıb.

Şennak daha sonra qeyd edib ki, Bakıya səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və məhbuslarla görüşəcək.

Qeyd edək ki, həmməruzəçilər səfərdən öncə sentyabrın 7-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcək. Həmməruzəçilərin Azərbaycanla bağlı hazırladığı hesabat oktyabrın 9-13-də AŞPA-nın payız sessiyasında müzakirə olunacaq.

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*