Saytımıza xoş gəlmisiniz

AŞPA Nazirlər Komitəsinin sədri azərbaycanlı deputatın sessiyada qaldırdığı məsələni dəstəkləməyə çağırıb

Oxunma sayı: 416

1-24

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının ilk günüdə təşkilatın Nazirlər Komitəsinin sədri, Çexiya Respublikasının xarici işlər naziri Lubomir Zaoraleke Assambleya üzvləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatın azad demokratlar qrupu adından Nazirlər Komitəsinin sədrinə sual verib.

O, mədəni irsin məhv edilməsi və qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin mayından etibarən ratifikasiyasına start verilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının əhəmiyyətinə toxunaraq, üzv ölkələrdə bu sənədin imzalanması və ratifikasiyası istiqamətində Çexiyanın AŞPA-nın Nazirlər Komitəsinə sədrliyi dövründə konkret hansı işlər görüldüyünü soruşub.

Lubomir Zaoralek deputatımızın tamamilə haqlı sual verdiyini, münaqişələrin və terror aktlarının davam etdiyi bir vaxtda bu konvensiyanın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir deyib ki, artıq 8 ölkə bu konvensiyanı ratifikasiya edib. Konvensiyanı ratifikasiya etmiş dövlətlərin sayını artırmaq üçün deputatları öz ölkələrində müvafiq səylər göstərməyə və bu məsələyə dəstək verməyə çağırıb.

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*