Saytımıza xoş gəlmisiniz

ATƏT-in fəaliyyətdə olan sədri: “Dağlıq Qarabağ məsələsi ətrafında müsbət məqamların yaratdığı imkanlardan yararlanacağıq”

Oxunma sayı: 32

c8c6496445faa01c8ab3ebb220891a7b

ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq.

“Report” xəbər verir ki, bu barədə ATƏT Daimi Şurasının Vyanadakı iclası zamanı ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak 2019-cu ildə sədrliyi qəbul edən ölkəsinin prioritetlərini açıqlayarkən bildirib.

Nazir başlıca olaraq münaqişələrin qarşısını almaq, həll olunmamış münaqişələri həll etmək və bunun üçün vasitəçilik etmək, münaqişələrdən zərər çəkənlərə yardım göstərmək istiqamətində fəaliyyət göstərəcəklərini qeyd edib.

“Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanmaq, Erqnetidə Hadisələrin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizmi üzrə müşavirələri bərpa etmək üzərində çalışacağıq”, – deyə slovakiyalı nazir vurğulayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*