Saytımıza xoş gəlmisiniz

ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”

Oxunma sayı: 113

7224754602f19264ae28e9962a120ad4

“ATƏT-dəki sədrliyi dövründə Slovakiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir”.

“Report” xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşünün yekununa həsr olunan mətbuat konfransı zamanı bildirib.

ATƏT sədri həmsədrlərlə mütəmadi olaraq görüşdüyünü dilə gətirib: “Dağlıq Qarabağ məsələsinin həlli üçün mövcud çərçivəni dəstəkləyirik. Minsk qrupu həmsədlərini tam şəkildə dəstəkləyirik”.

M.Layçak Ermənistanda seçkilərdən sonra “yeni vəziyyət”in yarandığını söyləyib.

“Qarşımızda çox güclü etimad göstərilən, çox yüksək ümidlər bəslənən bir hökumət var. Səfərimin bu mənada (Dağlıq Qarabağ münaqişəsinin həlli – red.) nələr gözləyə, hansı nəticələr əldə edə biləcəyimizi aydınlaşdırmağa kömək etməsini istərdim”, – ATƏT sədri deyib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*