Saytımıza xoş gəlmisiniz

Avstraliyalı aqronom Qarabağdakı erməni fermerləri kimyəvi zəhərlənmədən qorumağa çalışır… – Fotolar

Oxunma sayı: 67

35821848_1554713274658392_2748386457889538048_n

Avstraliya vətəndaşı Stepan Melkonyan qanunsuz olaraq Azərbaycanın işğal altındakı torpaqlarına gəlib. “KarabakhTV” xəbər verir ki,  təcrübəli aqronom olan erməninin məqsədi özgə torpaqlarını özbaşına əkib-becərən soydaşları ilə müxtəlif bitki xəstəliklərinə qarşı  mübarizə ilə bağlı tədbirlər sahəsində təcrübə və bilik mübadiləsi aparmaqdır.   Xocavənd, Ağdərə və Əsgəran bölgələrində olan Stepan Melkonyan yerli fermerlərlə görüşüb. Avstraliyalı mütəxəssis soydaşlarına bitki xəstəlikləri ilə mübarizədə daha çox üzvi vasitələrdən istifadəyə üstünlük verməyi məsləhət görüb. Çünki kimyəvi maddələrdən elmi cəhətdən əsaslandırılmamış istifadə insan sağlamlığı üçün mənfi, ağır və dönməz nəticələrə səbəb ola bilər…

8 gün Azərbaycanın işğal altında torpaqlarını gəzən kənd təsərrüfatı mütəxəssisi ermənilərin bu yerlərdə daha çox məhsuldarlıq əldə etməsinə yönəlmiş elmi tədqiqatlar da aparıb.

Sultan Laçın

36137192_1554713257991727_3208463831378427904_n
35973316_1554713244658395_426952708801429504_n

35886275_1554713297991723_5468996692260945920_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*