Saytımıza xoş gəlmisiniz

Aydın Mirzəzadə: “Bu xəritə Ermənistanın işğalçı xislətini bir daha sübut etdi”

Oxunma sayı: 56

aydin-mirzezade

“Ermənistanda qonşu ölkələrə qarşı ərazi iddiaları dövlət səviyyəsindədir”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, İrəvan metrostansiyasının əsas girişində “Böyük Ermənistan” xəritəsinin asılması da bunu sübut edir: “Ermənistan tək Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, İrana, eləcə də digər ölkələrə qarşı açıq şəkildə ərazi iddiaları irəli sürür. Əslində, bununla Ermənistan özünü ifşa edir və regionda təxribat yuvası olduğunu göstərir”.

A. Mirzəzadə qeyd edib ki, məlum xəritəyə görə Ermənistanı beynəlxalq məhkəməyə vermək mümkündür: “Lakin onlar iddia edirlər ki, tarixdə nə vaxtsa bu ərazilər onların olub. Ona görə də beynəlxalq hüquq qarşısında məsuliyyətdən qaça bilər. Sadəcə olaraq, bütün dünya bu ölkənin iddialarını görməli və buna qarşı çıxmalıdır. Ermənistanın təsadüfən yaratdığı dövlətçiyi bu gün daxili qarşıdurmalar, iqtisadi burulğanlar içində boğulur. Bu iddialar ermənilərin özlərinin gələcəyinə ciddi təhlükə yaradır”.

A. Mirzəzadə qeyd edib ki, Ermənistanın iddiaları ilə reallıq arasında uçurum var.

“Ermənistanın başı özünə qarışıb, beynəlxalq hüquq normalarına zidd yaşam tərzi daxili qarşıdurmaya gətirib çıxarıb. Bu qarşıdurma nə vaxt bitəcəyi bilinmir, hətta bitəcəyi sual altındadır. Bu baxımdan, belə iddialar absurd yanaşmadan başqa bir şey deyil. Sadəcə olaraq, region dövlətləri də, dünya dövlətləri də bu ölkənin işğalçı xislətini bir daha görür”, – deyə o bildirib.

Asif

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*