Saytımıza xoş gəlmisiniz

“Azərbaycan 5-7 rayonun qaytarılmasını deyil, bütöv Qarabağ ərazisinin qaytarılmasından danışıb” – Melikyan

Oxunma sayı: 326
2019/12/345-1575963712.jpg

“Azərbaycan başa düşdüyü, bir sıra prinsipləri uyğunlaşdırdığı kimi öz mövqeyini “Madrid prinsipləri”nin ruhuna və hərfinə uyğunlaşdırıb”.

Karabakh.TV Ordu.az-a istinadən xəbər verir ki, bunu erməni diplomat Arman Melikyan deyib.

O qeyd edib ki, ATƏT-in Nazirlər Şurası üzvlərinə təqdim etdiyi sənədin “Madrid prinsipləri” ilə birbaşa ziddiyəti yoxdur.

“Azərbaycan tərəfi deyir ki, əgər bu ərazi bütövlüyünün qorunması kontekstində baş verəcəksə və Azərbaycanın suverenliyi ilə ziddiyət təşkil etməyəcəksə, Qarabağ öz müqəddəratını təyin edə bilər, bu öz müqəddəratını təyin etmə isə tanınacaq. Bu məsələ ətrafında hüquqşünasların mübahisəsi çox olub, lakin bu, böyük dərəcədə “Madrid prinsipləri”nə hər hansı mənada uyğun olan mövqedir”,- deyə Melikyan qeyd edib.

Melikyanın sözlərinə görə, Azərbaycan 5-7 rayonun qaytarılmasını deyil, hər zaman bütöv Qarabağ ərazisinin qaytarılmasından danışıb.

“Bizim bu gün qədər həll edilməmiş və üstəlik də “Madrid prinsipləri” çərçivəsində həlledilməz olan problemimiz var, bu, Qarabağın hazırkı ərazi bütövlüyünün təmin edilməsi məsələsidir. Danışıqlar masası ətrafında danışıq aparanlarımız ərazi bütövlüyü məsələsini həll edə bilmirlər”, – deyə o qeyd edib.

Melikyanın sözlərinə görə, “Madrid prinsipləri” qapalı gündəm təqdim edir.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*