Saytımıza xoş gəlmisiniz

“Azərbaycan Ermənistanda inqilab hazırlayır” – İrəvan həm ön, həm də arxa cəbhədə təlaşdadır…

Oxunma sayı: 1. 434

265682

Paşinyan hökuməti öz yarıtmaz siyasətini pərdələmək üçün yenə ölkəmizi ittiham edir…

“Azərbaycan Ermənistanda inqilab hazırlayır”.

Karabakh.TV Moderator.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni mətbuatı çıxış edib. Son vaxtlar Ermənistana yönəlik kütləvi haket hücumlarının mövcudluğuna diqqət çəkən düşmən mediası, bu hücumların böyük əksəriyyətinin Azərbaycandan təşkil edildiyini, Ermənistanın isə bu hücumları “cavabsız qoymadığı”nı bəyan edib.

Iddiaya görə, haker hücumları nəticəsində şifrəsi qırılan səhifələrdə Paşinyan hakimiyyətinə qarşı çağırışlar səslənir ki, Ermənistan bu çağırışların məhz Azərbaycan tərəfindən irəli sürüldüyü qənaətindədir. Düşmən hesab edir ki, kütləni Paşinyana qarşı etiraza səsləmək yalnız Azərbaycanın marağında ola bilər.

Göründüyü kimi, Ermənistan ön xətdə olduğu kimi, arxa cəbhədə də təlaş və qorxu içindədir. İrəvanın yarıtmaz siyasəti nəticəsində Ermənistan daxilində yaşanan hər hansı bir narazılıq belə Paşinyan hökumətinin gözünə “Azərbaycanın təxribatı” kimi görünür. Halbuki, Azərbaycanın heç bir ölkənin daxili işlərinə qarışmadığı, bütün səylərini sadəcə  işğaldakı torpaqların azadlığına yönəltdiyi məlumdur. Anlaşılan odur ki, İrəvan Paşinyan hökuməti ilə narazı xalq kütlələri və müxalifət arasındakı qarşıdurmaya Azərbayanı da ortaq etməklə ölkəmizi yeni ittihamlarla üz-üzə qoymağa, habelə öz səriştəsiz siaysətini ört-basdır etməyə çalışır.

Seymur ƏLİYEV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*