Saytımıza xoş gəlmisiniz

Azərbaycan HHQ-nin döyüş imkanlarını daha da gücləndirəcək birgə layihələr müzakirə olunub

Oxunma sayı: 137

9464babe355879c60c467bcd621be123

İyulun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*