Saytımıza xoş gəlmisiniz

Azərbaycan işğal altındakı ərazilərinə Fransa rəsmilərinin qanunsuz səfərlərinin artmasından narahatlığını bildirib

Oxunma sayı: 97

muradov_gorush_100518

Bakıda səfərdə olan Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Komitəsi ilə Kalmar şəhəri arasında əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, gələcək fəaliyyət planları müzakirə edilib, Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərə dair təkliflər səsləndirilib və konkret addımlar barədə fikir mübadilə aparılıb.

Görüşdə eyni zamanda, son vaxtlar ermənipərəst diaspor təşkilatlarının dəvətilə Fransanın rəsmi şəxslərinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlərinin artmasından dərin narahatlıq ifadə olunub.

Qeyd edək ki, Fransanın Kalmar şəhərinin meri G.Meyer Dövlət Komitəsinin sədri F.Muradovla görüşü zamanı çəkdirdiyi fotonu rəsmi facebook səhifəsində paylaşaraq bu barədə izləyicilərinə də məlumat verib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*