Saytımıza xoş gəlmisiniz

“Azərbaycan kəlağayısı və Qarabağ atları” şou-kompozisiyası Türkiyədə böyük marağa səbəb olub – FOTO

Oxunma sayı: 43

qarabag_atlari_051019_18

İstanbulda təşkil olunan Etnospor Mədəniyyət Festivalına yekun vurulub.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, dördüncü dəfə təşkil edilən festivala 16 ölkə qatılıb.

Festivalda ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsindən və rəqs ansamblından ibarət 50 nəfərlik heyət təmsil edib.

Oktyabrın 3-dən 6-dək davam edən festival çərçivəsində keçirilən müxtəlif tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə bir milyondan artıq insan izləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti və ali dəstəyi sayəsində qorunub saxlanılan və ardıcıl surətdə inkişaf etdirilən Qarabağ atlarının bu tədbirdə iştirakı xüsusilə əlamətdar olub. “Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya Azərbaycan kəlağayısının ecazkar gözəlliyini, milli-mədəni sərvətlərimiz sayılan və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atlarının bənzərsizliyini ifadə etməklə tamaşaçıların böyük marağına səbəb olub və xüsusi zövqlə izlənilib.

Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oqtay təqdim edib.

qarabag_atlari_071019_01

qarabag_atlari_061019_17

qarabag_atlari_041019_04

qarabag_atlari_041019_02

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*