Saytımıza xoş gəlmisiniz

Azərbaycan Silahlı Qüvvələrində siyasi partiyaların və QHT-lərin yaradılması və fəaliyyəti qadağan edildi

Oxunma sayı: 265

ilham_aliyev_president_291217_2

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1184-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilir:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.”.

Prezident İlham Əliyev, həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1183-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*