Saytımıza xoş gəlmisiniz

Azərbaycan və Ermənistan XİN rəhbərləri sentyabrda bir araya gələcəklər

Oxunma sayı: 287

234_1529651376_1533040608

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda olması barədə razılıq əldə olunub.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, bu görüşün sentyabrda baş tutacağı gözlənilir.

O, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var.

“Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”, – deyə sözçü vurğulayıb.

Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*