Saytımıza xoş gəlmisiniz

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün YERİ və TARİXİ dəqiqləşdiriləcək

Oxunma sayı: 147

trend_hikmet_hajiyev_211215

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi barədə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təkliflər gələcək.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN rəsmisinin sözlərinə görə, bu təkliflər əsasında növbəti görüşün yeri və tarixi dəqiqləşdiriləcək.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud formatda substantiv danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*