Saytımıza xoş gəlmisiniz

Azərbaycan və Vyetnam HDQ nümayəndə heyətlərinin görüşü keçirilib

Oxunma sayı: 352

577f0e846fe7f97ddbcd98e2146e0c3f

İyulun 31-də  Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Fam Haoi Namın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hərbi əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirirərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulayıblar.

Vitse-admiral F.Nam hərbi əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edərək qeyd edib ki, bu kimi səfərlər qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*