Saytımıza xoş gəlmisiniz

Azərbaycan XİN: Ermənistanın girov götürdüyü azərbaycanlıların azad edilməsi üçün diplomatik səylər davam etdiriləcək

Oxunma sayı: 173

spt-408650392_36oywrs22feos

Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün diplomatik səylər davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibinə, insan hüquqları üzrə ali komissarına, qaçqınlar üzrə ali komissarına, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə müraciətlər edib.

H.Hacıyev bildirib ki, məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: “Bu istiqamətdə siyasi və diplomatik səylər davam etdiriləcək”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*