Saytımıza xoş gəlmisiniz

“Azərbaycan XTQ-nin ehtimal olunan fəaliyyətləri barədə məlumatlar olub” – Tonoyan

Oxunma sayı: 204

2018/12/David-1545382879.jpg

“Azərbaycan xüsusi bölmələrinin ehtimal olunan fəaliyyətləri barədə məlumatlar olub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə naziri vəzifəsini icra edən David Tonoyan, aprelin döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin işinə toxunarkən deyib.

“Bildiyiniz kimi, aprel əməliyyatları Azərbaycan xüsusi bölmələri tərəfindən başlayıb. Xüsusi təyinatlı bölmələr isə öz əməliyyatlarını gizlilik şəraitində həyata keçirirlər. Hətta belə bir şəraitdə də ehtimal olunan əməliyyatlar barədə məlumatlar olub”, – deyə Tonoyan qeyd edib.

“Belə olan halda Kəşfiyyat idarəsinin rəisi niyə istefaya göndərilmişdi?” deyə verilən suala, Tonoyan belə cavab verib: “Mən Ali Baş Komandanın fəaliyyətini dəyərləndirə bilmərəm. Lakin həmin dövrdə qeyd edilən zabit Ermənistanın Rusiyadakı hərbi attaşesi təyin edilib”.

Məsələ, Ermənistan SQ Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Arşak Karapetyanın Paşinyanın məsləhətçisi təyin olunmasından sonra müzakirə mövzusuna çevrilib.

General-mayor Arşak Karapetyan 2016-cı ilin aprel döyüşləri ərəfəsində Ermənistan SQ Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini tutub. O, bu vəzifədən aprel döyüşlərindən qısa zaman sonra 26 aprel 2016-cı il tarixdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfindən uzaqlaşdırılıb. Həmin günlərdə erməni cəmiyyəti daxilində bir çoxları çoxsaylı insan itkiləri və ərazi itkilərində məhz onu günahkar bilirdi.

Paşinyan onu özünə müşavir təyin etməsi ilə sərt tənqidə məruz qalıb.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*