Saytımıza xoş gəlmisiniz

“Azərbaycana silah satışını əngəlləyək ki, Xankəndinə uçan təyyarələri vura bilməsin…”

Oxunma sayı: 224

233218

ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin baş üzvü, ermənipərəst konqresmen Bred Şerman iyunun 25-də Azərbaycanın hücum  imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-dakı Ermənistanın Milli Komitəsi (ANCA) məlumat yayıb. Mənbəyə əsasən, təşəbbüs Bakının Xankəndində yerləşən  hava limanına uçacaq mülki aviasiya vasitələrinə daim təhlükə törətməsinin qarşını almağı hədəfləyir. Yəni bu dəyişiklik ABŞ-ın Azərbaycana hava hücumundan müdafiə sistemini gücləndirə biləcək silah satışını əngəlləyə bilər…

“Həmin dəyişiklik Azərbaycana tutarlı bir mesaj olacaq ki, bu ölkə mülki təyyarələri vurmaqla təhdid edə bilməz. Azərbaycana öz qonşularını qorxutmağa icazə verilməməlidir”-deyən Demokrat partiyasından olan konqresmen bildirib ki, biz Azərbaycanın hava müdafiə sisteminin gücləndirilməsinə kömək edə bilmərik…

Qeyd edilir ki, Nümayəndələr palatasının müvafiq komitəsi məsələnin müzakirəsi üçün Müstəqillik günündən, yəni iyulun 4-dən sonra toplanacaq.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*