Saytımıza xoş gəlmisiniz

Bəhruz Quliyev: Karaqandada baş verənlər ermənilərin faşizm ideologiyasının göstəricisidir

Oxunma sayı: 101

trend_menevi_deyerler_part2_171018__1

Əslində, Qazaxıstanda baş verən hadisələr həm də belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, harada yaşamasından asılı olmayaraq, ermənilərin mütəşəkkil qaydada məskunlaşdığı yerlərdə kriminal hadisələr daha çox baş verir.

Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus iaşə obyektində baş vermiş qətl hadisəsinə münasibətini açıqlayarkən deyib.

O qeyd edib ki, ümumilikdə ermənilərə xas olan belə həyat tərzi bütün vaxtlarda və məkanlarda baş verib: “Bu mənada, Karaqandada da yaşanan məlum olay qeyd olunanların tərkib hissəsidir. Bu, eyni zamanda, ermənilərin faşizm ideologiyasının göstəricisi kimi də qiymətləndirilə bilər. Çünki illər də göstərib ki, ermənilərdə türkə nifrət faktoru dəfələrə öz sübutunu tapıb. Nəzərə alsaq ki, qazaxlar da türk xalqları qrupuna aiddirlər və baş verən hadisə birbaşa milli zəmində baş verib, bu zaman ermənilərə məxsus iaşə obyektində yaşanmış qətl hadisəsi deyilən bütün fikirləri təsdiq edir. Əbəs deyil ki, biz sosial şəbəkələrdə ermənilərin digər millətlərə qarşı yuxarıdan aşağı baxmaları, harada nə varsa, “erməni” adına çıxmaları, ümumiyyətlə, oğurlamağa, sonradan isə özünküləşdirməyə meyilli olmaları barədə çoxsaylı faktların şahidləri oluruq”.

B.Quliyev həmçinin bildirib ki, Qazaxıstanda ermənilərin özlərini bu qədər həyasızcasına aparmaları illərdən bəridir davam edib: “Ümumiyyətlə, hələ Qazaxıstanda rəhbər vəzifələrdə fəaliyyət göstərmiş ermənilər əllərinə düşən hər bir fürsətdə daxillərindəki anti-türk və faşizm ideologiyasını tətbiq etmişlər. Bu barədə kifayət qədər əsaslı faktlar mövcuddur. Tarixi araşdırmalardan da görürük ki, Qazaxıstan ermənilər üçün öz etnik və s. zəmində cinayətləri törətmək baxımından ən ideal yerlərdən biri kimi seçilib. Baş verənlər isə bunun davamıdır”.

Ekspertin fikrincə, təkcə Azərbaycanda baş verənləri xatırlamaq kifayət edər ki, bütövlükdə Qazaxıstanda, eləcə də Mərkəzi Asiyada yaşayan xalqlar belə məsələlərdə həssaslıqlarını qorusunlar, arzuolunmaz hadisələri incələyərək, bundan real nəticələrə gəlsinlər:

“Təsadüfi deyil ki, bu gün erməni mediasında Karaqanda hadisələri barədə yazılanları nəzərdən keçirərkən ən rəzil proqnozları görürük. Misal üçün, erməni KİV-ləri hadisə baş verəndən dərhal sonra iddia ediblər ki, guya Qazaxıstan polisi qətl hadisəsini törədənlərin azərbaycanlılar olduğunu müəyyən etdikdən sonra, onları cəmiyyətə erməni ad-soyadları ilə tanıdıb və s. Bax, erməni xislətinin, erməni hiyləgərliyinin, erməni faşizminin təhlükəsi budur. Hesab edirəm ki, bu cür həssas məsələlərdə qazax dostlarımız diqqətli olmalı, belə yalanların cəmiyyətə sırınması cəhdlərinin qarşısını zamanında almalıdır”.

Xatırladaq ki, cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc – 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər – Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər – Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər – Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*