Saytımıza xoş gəlmisiniz

Bakıda kursantlar arasında beynəlxalq idman yarışı keçirilir

Oxunma sayı: 102

338d243a43d200b2750615d000d055b8

Aprelin 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yüngül atletika, güləş, pentatlon, futbol və voleybol üzrə təşkil olunacaq yarışlarda 100-dən artıq hərbi idmançı iştirak edir.

Yarışlar aprelin 21-dək davam edəcək.

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*