Saytımıza xoş gəlmisiniz

Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı

Oxunma sayı: 45

yataqxana2

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb.

Bu barədə Trend-ə özəl açıqlamasında komitə sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, komissiya bununla bağlı araşdırmalar aparır: “Gələcəkdə bununla bağlı atacağımız addımlar müəyyən olunub. Yaxın günlərdə Nazirlər Kabinetinə müraciət edəcəyik ki, bununla bağlı dövlət vəsaiti ayrılsın. Vəsait ayrılandan sonra Bakı şəhərində məcburi köçkünlərin məskunlaşdığı bütün yataqxanaların elektrik naqilləri yenilənəcək, köhnə və qarışıq çəkilən xətlər təmizlənəcək. Təxminən 1 və ya 2 həftə ərzində prosesə başlanacaq”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*